Ş.Lekler: Birinci olmaq istərdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, üçüncü yerdən narazıdır.

F-1.az xatırladır ki, monakolu sürücü öz vətənində sıralanma turunda favorit kimi görünsə də, sonda üçüncü yeri tutub. O, lider Maks Ferstappenə 0.1 saniyə uduzub.

Şarl Lekler: “Sözün açığı, üçüncü yerdən razı deyiləm. Xüsusən də mənim üçün çətin sıralanma turu oldu. Bolidlə davamlı mübarizə aparırdım. Rəqiblərimizə nisbətdə qabarlarda çətinlik çəkirdik. Sıralanma turunda bolid bir az daha yaxşı idi. Özümü bir az da rahat hiss etdim və poula yaxın olsam da, üçüncü yeri tutdum. Nəticəsən razı olsam, poul qazanmağı seçərdim.

Yarışda əvvəlki illərə nisbətən şansa ehtiyacım var. Ancaq bundna başqa hava proqnozu necədir bilmirəm. Dünən bir az yağış yağmaq istədi. Əgər vəziyyət elə olsa, hər şey mümkündür. Yenə də yarışa çıxıb, əlimdən gələni edəcəm. Daha sonra nə olur görəcəyik”.

Qeyd edək ki, Şarl Lekler sıralanma turundan sonra Lando Norrislə olan insidentə görə araşdırılır. Ona startda 3 yer itirmək cəzası gələ bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*