F-1.az xatırladır ki, monakolu sürücü bəhreyndəki qış testlərinin ikinci günündə 68 dövrə vurub və 1.32.725 zaman nəticəsi ilə 7-ci olub.
Şarl Lekler: “Bu gün müxtəlif testlər etdik və əsas hədəfimiz bolidin sazlanmaları idi. Çox işləyirik və hələ bir söz demə üçün çox tezdir.
Çoxlu dövrə vurduğum üçün sevincliyəm. Sabah testlərin son günündən əvvəl topladığımız məlumatları təhlil etməli və təkmilləşməliyik”.