Ş.Lekler: Bir şey olsa, Fred mənə deyər

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, komandası Lyuis Həmiltona təklif göndərsə, onun da xəbəri olardı.

F-1.az xatırlaıdr ki, çıxan bəxi dedi-qodulara görə Ferrari komandası yeddiqat Dünya Çempionuna illik 40 milyon sterlinqlik təklif göndərib.

Düzdür, Mercedes-in son iki ildəki performansı Lyuisi narazı edir, amma britaniyalı pilot həmişə deyir ki, komandasına sadiqdir. Buna görə də onun “gümüşü oxlar”dan ayrılması real görünmür.

Şarl Lekler: “Sizin böyük başlıqlar yazacağınız sahəyə girməyəcəm. Görək gələcəkdə nələr olur. Ancaq bu barədə bir söz demək istəmirəm, çünki desəm, bundan da bir xəbər çıxaracaqsınız. Artıq mətbuatın dilini başa düşürəm. Əgər bir şey olsa, Frederik mənə deyərdi, çünki inanıram ki. bir şey olsa, Fred mənə deyəcək. Bundan narahat deyiləm”.

Qeyd edək ki, daha əvvəl həm Frederik Vassyör, həm də Lyusi həmilton bu iddiaları təkzib ediblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*