Ş.Lekler: Bir saniyə uduzuruq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, bolidin performansından narahatdır.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa üçüncü yerdən başlasa da, startda Peresi keçərək ikinciliyə yüksəlib. Lakin yarışboyu lider Ferstappenin tempinə cavab verə bilməyib və pit-stoplardan sonra Peres onu trasda geridə qoyub.

Şarlın başına gələnlər bununla bitməyib və o, mübarizəni vaxtından əvvəl dayandırıb.

Şarl Lekler: “Yarışda özümə inansam da, temp cəhətdən 1 saniyə uduzurduq. Bu da yaxşı hal deyil. Yarış tempində Red Bull-dan zəif idik. Bunu müzakirə etməliyik, çünki hədəfimiz zirvədə olmaqdır.

Red Bull nəsə tapıb, çünki sıralanma turunda bu qədər yaxın olub, yarışda bir saniyə fərq atan görməmişdim. Onlar başqa liqadadırlar. Buna görə də çox işləməliyik. Yoxsa çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*