Ş.Lekler Binotto barədə çıxan xəbərləri təkzib etməyib

Ferrari komandasının sürücüsü Şarl Lekler son günlərdə Mattia Binotto haqqında çıxan xəbərləri təkzib etməyib.

F-1.az xatırladır ki, yayılan şayiələrə görə Binotto ilin sonunda komanda rəhbəri vəzifəsindən göndəriləcək və əvəzinə Alfa Romeo-dan Frederik Vassyör gətiriləcək. Düzdür, Ferrari şirkəti bu xəbərləri rəsmən təkzib edib.

Şarl Lekler: “Formula1-də həmişə belə dedi-qodular olur. Xüsusən də Ferrari haqqında… Mövsümün sonuna doğru bunlar artır. Komanda olaraq trasda görəcəyimiz işə fokuslanmalıyıq.

Bu şayiələri mətbuat yayır. Komandanın belə xəbərləri oxuması xoş hal deyil. Komanda təkzib etməklə vəziyyəti yumşaltdı və bu yaxşı oldu. Bu həftəsonu bizim üçün vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*