F-1.az xatırladır ki, Ferrari komandası Silverstoun yarışına 4 və 5-ci yerlərdən başlasalar da, finişə 9 və 10-cu yerlərdə çatıblar. Düzdür, bunda təhlükəsizlik maşınının da rolu var idi. Belə ki, Lekler hamıdan əvvəl pitə gələrək, Medium təkərlərdən Hard təkərlər keçib. O, pitə gəldikdən sonra isə təhlükəsizlik maşını çıxdığı üçün rəqibləri üstünlük qazanıb. Buna görə də, Lyuis Həmilton, Corc Rassell, Fernando Alonso, Aleks Elbon onu qabaqlayıblar.
Monakolu sürücü düşünür ki, onların geriləmə səbəbi bəxt deyil, templərinin olmamasdır.
Şarl Lekler: “Düzünü desəm, tempimizin zəif olması bizə vəziyyətə nəzarət etməkdə çətinlik yaradır. Buna görə də buna pis şans deyə bilmərik. Əlbəttə, təhlükəsizlik maşınının amanlaması bizim üçün yaxşı deyildi və digər sürücülər üçün daha faydalı oldu. Amma bizim əsl problemimiz tempimizin zəif olması idi. Mercedes və McLaren bizdən sürətli idilər.
Yarışın ilk hissəsində Corc Rasselli geridə tuta bildim. Sonra Corc pitə girib, bizi keçməsin deyə pit-stop etdik, amma bu da çox tez oldu. mən tempimi artırnda trasa təhlükəsizlik maşını girdi və əksər sürücülər bizi keçdilər.
Yarış tempimizin niyə pis olduğunu anlamaq çətindir. Əsasən yüksək sürətli traslarda sürətliyik. Buna görə də yüksək sürətli döngələr üçün yeniliklər gətiririk. Ümid edirəm ki, sonrakı trasın quruluşu bizim üçün əlverişli olar”.
McLaren komandası Britaniya yarışında Red Bull-dan sonra ən sürətli maşına sahib idi. Lando Norris yarışı ikinci, Oskar Piastri isə dördüncü yerdə bitirib. Şarl Lekler buna təəccüblənməyib: “Keçən həftəsonu Avstriyada bizi təəccübləndirmişdilər, amma bu həftəsonu daha da böyük addım ataraq, əla iş gördülər. Yüksək sürətli döngəərdə sürətli olduqlarını Avstriyada gördük və burada da güclü olmalarını gözləyirdik. Amma bu qədər də yox… Əla işlədilər və indi yüksək sürətli döngələrdə onlara çatmalıyıq”.