Ş.Lekler: “Bəxtimiz gətirdi”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, pis vaxtda bəxtləri gətirib.

F-1.az xatırladır ki, yarışa pouldan başlayan Şarl Lekler pis startla üçüncü yerə düşsə də, sonradan Bottasla komanda yoldaşı Fetteli keçərək liderliyə yüksəlib. Amma sona 10 dövrə qalmış problem yaşayan Lekler təhlükəsizlik maşınının köməyi ilə podiuma yüksələ bilib.

Şarl Lekler: “Bu, avtoidmanın bir hissəsidir. Heyif ki, bizim üçün yaxşı gün olmadı, amma Avstraliyadakı zəif performans artıq yoxdur. Təbii ki, çox məyusam. Amma belə şeylər ola bilər. Pis vaxtda bəxtimiz gətirdi.

Sonda təhlükəsizlik maşını çıxdığı üçün sevinirəm. Çünki yarışı daha geridə bitirə bilərdik. Yanacağa görə də rahat deyildik. Amma nəticəyə baxmayacam. Daha yaxşı işlər görmək üçün əlimdən gələni edəcəm. Bu gün üçüncü yerə layiq deyildik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*