F-1.az xatırladır ki, monakolu sürücü sıralanma turunda 8-ci olsa da, Sprint yarışını 6-cı yerdə bitirib. 24 yaşlı pilot, Bottasın cəza alması ilə bugünkü yarışa 5-ci yerdən start verəcək. Lekler sprint yarışından əvvəl özünü pis hiss edirdi. Amma həkimlər onun yarışmasına icazə vermişdilər.
Şarl Lekler: “Altıncı bitirdik və beşinci yer start üçün yaxşıdır. Bu gün önümüzdəki 5 maşın da bizdən güclü idi. Buna görə onlara yaxın qalmaq çətin idi. Yarışda əlimdən gələni edəcəm.
Sözün açığı, özümü yaxşı hiss etmirəm. Yaxşı deyiləm. Ancaq əvvəlkinə nisbətən daha gümraham. Sadəcə başım hərlənir və ümid edirəm ki, bazar günü daha yaxşı olacam”.