F-1.az xatırladır ki, monakolu sürücü İspaniya yarışına sonuncu yerdən başlasa da, əksəriyyət onun asanlıqla yüksələcəyini düşünürdü. Amma o sadəcə 11-ci ola bilmiş və xalsız qalmışdı. Lakin komanda bu problemlərin səbəbini hələ də tapa bilməyib.
Şarl Lekler: “Karyeramda ilk dəfə belə halla rastalşıram. Təhlillərə baxanda görürəm ki, sola olan döngələrdə 0.6-0.7 saniyə itirirəm. Ancaq bu problemə səbəb olan hər hansı texniki problem tapa bilməmişik. Buna görə artıq söz deyə bilmərəm. Komanda isə trasda göstərdiyimiz performansdan razı deyil.
Mövsümün əvvəlindəki performansımızdan çox uzaqdayıq. Barseloandakı sıralanma turunda problemlərin anlaşılmaması narahat edir. Səbəbi anlamaq üçün işləməliyik, çünki özümüzü pis hiss edirdik.
Karlos şənbə günü güclü olsa da, bazar günü yarış tempində problem yaşadıq. Ancaq nəyin üzrəində işləyəcəyimizi bilirik və dəqiq hədəfimiz var. Bu da layihəyə olan inançımı artırır”.
Ferrari Barselonadakı problemləri anlamaq üçün Kanadada eyni paketdən istifadə etməyə davam edəcək: “Kanadadan möcüzə gözləmirəm. Ancaq bu paketdən ən yaxşı formada istifadə etməli və boliddən maksimumu əldə etməyə çalışmalıyıq. İspaniyada istədiyimiz yerdə deyildik və çox geridə qaldıq.
Daha güclü olacağımızı düşünürəm, amma böyük inkişaf gözləməməliyik. bu trasda Aston Martin-in yenidən güclü olacağını gözləyirik. Təbii ki, Red Bull da yaxşı olacaq. Mercedes-in necə olacağını bilmirik”.