F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini 7-ci yerdə bağlayıb.
Şarl Lekler: “İlk sessiya az yanacaqla yaxşı idi. İkinci sessiya isə bir az çətin keçdi, ancaq ağır çənlə bolid yaxşı işlədi. Bu da bazar günü üçün yaxşı xəbərdir. Hələ bəzi sahələrdə geridəyik. Bu tras çox çətindir və yarışda doğru balansı tapmalıyıq”.