Ş.Lekler Bakıda olduğu kimi yanılmaq istəyir

Ferrari komandasının sürücüsü Şarl Lekler Bakıda olduğu kimi Fransada da yanılmaq istəyir.

F-1.az xatırladır ki, monakolu sürücü Azərbaycan yarışında yaxşı nəticəyə inanmasa da, poul qazanmış və yarışda podium uğrunda mübarizə aparmışdı. 23 yaşlı pilot Fransada da güclü nəticəyə inanmır.

Şarl Lekler: “Bakıda sıralanma turunda güclü olmağımız təəccüblü idi.. Yarışda isə gözlədiyimizdən zəif idik. İndi isə normal yarış trasına qayıtmışıq və bizi başqa cür həftəsonu gözləyir.

Orta sürətli döngələrdə bir az çətinlik çəkirik. Hər şeyin Bakıdakı kimi olmasını istəyirəm. Ümdi edirəm ki, orada olduğu kimi yanılım və sürətli olaq.

Bura mənim evim kimidir. Kartinqə buradan 45 dəqiqə uzaqlıqda bir trasda başladım. Orada atdığım ilk dövrələrdən sonra yarışlara aşiq olduğumu xatırlayıram. Burada olmaq xüsusidir. Tribunalarda insanları görmək də gözəl olacaq. Yarışı həyəcanla gözləyirəm”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*