F-1.az xatırladır ki, Formula1 mövsümü 8 aydan sonra Avstriyada yenidən start götürəcək.
Şarl Lekler: “Bütün eniş və yoxuşlara əlavə olaraq yüksək sürətinə görə Şpilberq trasını çox sevirəm. Azarkeşlərin dəstəyi olmasa da, yenidən yarışmaq gözəldir.
Uzun karantin dövründə məşq etdim və simulyatorda çoxlu yarışlara çıxdım. Ümid edirəm ki, bizi izləyənlər əyləniblər. Amma indi əsl yarışın vaxtıdır. Keçən həftə Mucelloda əsl bolid sürmüşdük. Boliddə oturmaq əyləncəlidir”.