F-1.az xatırladır ki, monakolu sürücü ikinci və üçüncü sərbəst yürüşlərdə birinci yeri tutaraq, sıralanma turunda ən böyük favoritə çevrilmişdi. Lakin sıralanma turunun ikinci sessiyasında, 8-ci döngədə qəza edən Ferrari komandasının sürücüsü 10-cu yeri tutub.
Şarl Lekler: “Bu gün bu nəticəyə layiq idim. Çox məyusam. Əsl axmağam. Bunu radiodan da dedim. Sakitləşsəm də, axmaq olduğumu düşünürəm. Amma bundan dərs çıxarıb, daha güclü olmalıyam. Ümid edirəm ki, yarışda yaxşı iş görərəm. Bu gün poul mümkün idi. Hər şeyi zibil yeşiyinə atdım. Buna görə də
məyusam”