Ş.Lekler atasını aldadıb

Ferrari komandasının sürücüsü Şarl Lekler ölüm döşəyində olan atasına yalan danışıbmış.

F-1.az xatırladır ki, monakolu sürücünün atası 2017-ci ilin iyun ayında – Azərbaycan Qran Prisi zamanı dünyasını dəyişmişdi. Lakin Lekler atasının artıq ölüm döşəyində olduğunu bilib və ona yalandan 2018-ci il üçün Formula1-də komanda tapdığını deyib.

Şarl Lekler: “Hələ müqavilə bağlamamışdım. Ancaq belə götürəndə yalan danışmamışam. İndi isə Ferrari-dəyəm və bu, heyrətamizdir. Atamın arzusu mənim Formula1-də yarışmağım və çempion olduğumu görmək idi. Hələ ikincisinə nail olmamışam. Lakin reallaşdırmağa çalışacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*