F-1.az xatırladır ki, monakolu sürücü Almaniya yarışında gözəl performans göstərsə də, quru təkərlərə keçdikdən sonra son döngədə tras xaricinə çıxıb. Burada qaçış zonasındakı asfalt yaş olduğu üçün bolidin idarəetməsini itirərək divara çırpılıb.
Şarl Lekler: “Məyusam. Həftəsonu yaxşı keçmədi. Kiçik səhv idi. Mövsüm ərzində bundan böyük səhvlər etmişdim. Son iki döngədəki asfalt Formula1 trası üçün qəbulolunmazdır. Asfaltla ilişmə belə zəif olmamalıdır. Digər sürücülər də trasdan çıxdılar. Bəlkə də, quru təkərlərdə olduğumçün qəza edən təkcə mən oldum. Amma saat 60 km/saat sürətlə gedirdim və ilişmə yox idi. Lakin bütün bunlar mənim günahkar olduğum reallağını dəyişdirmir. Bu gün səhv məndə idi və utanıram”.