F-1.az xatırladır ki, monakolu sürücü mövsümə yaxşı başlasa da, sonradan həm bolidin performansına görə, həm də öz səhvlərinə görə geri düşmüşdü.
Şarl Lekler: “Bu səhvlərin hesabına daha yetişkin adam oldum. Formula1-də yarışanda hər mövsüm yeni şeylər öyrənirsiniz və sürücü kimi dəyişirsiniz.
Bunlar kiçik şeylərdir. Etdiyiniz səhvlərdən dərs çıxarar və böyüyərsiniz. Buna görə artıq böyümüşəm”.