F-1.az bildirir ki, monakolu sürücü məşhur geyim firması Armani-nin səfirlərindən biri olub və Monakoda reklama çəkilib.
Şarl Lekler: “Armani kimi markanı təmsil etməkdən qürur duyuram. Düzdür, bu, mənimçün yenidir, ancaq diqqətimi dağıtmayacaq. Diqqətimi dağıtmamaqçün hər şey edirəm. Bir reklam filmində oynadım. Amma artist kimi yox, pilot kimi”.