F-1.az xatırladır ki, monakolu idmançı Ferrari Sürücü Akademiyasının yetirməsidir və gələn ildən etibarən “qırmızılar”ın şərəfini qoruyacaq.
Şarl Lekler: “Akademiyada böyüməyim hazırlığıma kömək etdi. 11 yaşımdan etibarən təzyiqi dəf etmək üçün mütəxəssislərlə işləyirəm. Zehni cəhətdən güclüyəm. Əvvəllər bu yönüm zəif idi. İndi bunun meyvələrini toplayacam.
Bəyənmədiyim bəzi xəbər başlıqlarını düzəltmək istəyirəm. Onlar məni kibirli biri kimi göstəriblər, amma bunu demək istəməmişəm. Ferrari-yə 4-cü olmaq üçün gəlmirəm. Təkcə qələbə barədə düşünürəm”.