Ş.Lekler: Ağac qırıntısına görə itirdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, 15-ci döngədə ağac qırıntısından qaçmaq istərkən liderliyi itirib.

F-1.az xatırladır ki, monakolu sürücü Azərbaycan yarışına pouldan başlasa da, yarışda Həmilton, Ferstappen və Peres onu trasda keçiblər. Gənc sürücü pit-stoplardan sonra Qaslinin də gerisində qalıb.

Şarl Lekler: “İlk dövrələr yaxşı gedirdi. Daha sonra televiziyada görünməyən bir şey baş verdi. 15-ci döngənin ortasında ağac qırıntısı var idi və orada vaxt itirdim. Döngəni kəsdim və qorxdum ki, trası kəsdiyim üçün Lyuisə qarşı vaxt qazandım. Buna görə də yavaşladım və o məni keçdi. Ondan sonra çətin idi. Lyuisin arxasında çirkli havada qaldım və Maks da məni keçdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*