F-1.az xatırladır ki, monakolu sürücü yaxşı startla 3-cü yerə yüksəlsə də, komanda əmri ilə Sebastyan Fetteli önə buraxmalı olub. Lakin komanda 21 yaşlı sürücünü pitə gec çağıraraq, yarışını məhv edib. Belə ki, Lekler rəqibi Ferstappenin də gerisinə düşüb.
Şarl Lekler: “Pitə daha tez gedə bilərdim. Amma Seb üçün Mercedes-i ləngitməli idim. Komandanın məqsədi doğrudur. İşə yaramasa da, hədəf bu idi. Artıq növbəti yarışlar barədə düşünürük.
Bir az qarışıq yarış idi. Yaxşı start alsam da, birinci pitə qədər hər şey bərbad oldu. Sebastyanla olan məsələni də komanda ilə danışacam. Onlardan açıqlama gözləyirəm. Artıq keçmişdə qaldı. Yarış mənim üçün yaxşı keçmədi. Bütün həftəsonu ərzində istədiyim kimi güclü deyildim”.