F-1.az xatırladır ki, Şon bu il Formula2-də 15-ci yeri tutub. Gənc istedad Əbu Dabidə təkər testlərində 117 dövrə vurub.
Şon Gelael: “Bu mövsüm Əbu Dabidə rəqabətədavamlı ola bilmədik. Təbii ki, bu tərz yarışlardan çox şey öyrənməliyik və gələn il daha təcrübəli olacağıq. Təkər testlərində də çox şey öyrəndik və bu, gələnilki hədəflərimizə çatmaq üçün bizə kömək edəcək. Komanda daxilində atmosfer əladır. Hamı bir-birilə mehribandır. Mühəndislərlə aramızdakı münasibət çox yaxşıdır və buna görə də daha yaxşı geri bildirimlər vermək mümkündür. Təkərlərin xarakteriskasını öyrənmək vacib idi. İndi qışda aerodinamika cəhətdən inkişaf etməliyik. Ümid edirəm ki, gələn il daha yaxşı olar”.