S.Fettelin start almama səbəbi məlum olub

Bəhreyndə isinmə dövrəsində yarışı dayandıran Sebastyan Fettelin starta çıxmamasının səbəbi məlum olub....

F-1.az xatırladır ki, Sebastyan Fettel sıralanma turunda 3-cü yeri tutsa da, isinmə dövrəsində radio vasitəsilə komandasına – “uşaqlar, deyəsən, mühərrikdə problem var” – dedikdən sonra onun maşınından  sıx tüstü çıxmağa başlayıb. Almaniyalı sürücü bundan sonra bolidi saxlayıb və yarışı dayandırıb.

Qeyd edək ki, Sebastyan Fettel 2007-ci ildən bəri, yəni karyerasının əvvəlindən ilk dəfə yarışda start ala bilməyib.

Sebastyan Fettel: “Bolidin arxasında çoxlu duman gördüm və güc itirdim. Bolidi kənara çəkməli oldum.

Bu əsəblərimi pozdu, çünki buraya yarışmağa gəlmişdim. Bu problem həm məni, həm də komandanı təəccübləndirdi.

İndi isə biz bu problemin niyə yarandığını araşdırmalıyıq və öyrənməliyik”.

Məşhur italiyalı jurnalist Leo Turini bildirib ki, Ferrari-nin motorunda injektorda püskürmə problemi olub. Fettelin yaşadığı bu problem Kimi Rəykkönenin Avstraliyadakı problemindən çox fərqlidir.

Belə ehtimallar var ki, Fettel Çin yarışında yeni mühərriyə keçə bilər. Əgər mühərrik dəyişilsə, almaniyalı sürücü heç bir cəza almayacaq. Qaydalara görə, sürücülər mövsüm ərzində beş mühərrikdən istifadə edə bilərlər və bu limiti aşsalar, onda onlara cəza verilir.

Sebastyan Fettel hazırda çempionatın lideri Niko Rosberqdən 35 xal geridə qalır və bu fərq bir yarışda alınan maksimum xaldan çoxdur. Ferrari-nin sürücüsü bildirib ki, mövsümə pis başlasa da, çempionat hələ çox uzundur: “Qış testlərindən sonra yaxşı hazırlaşmışdıq. Çox işləyirik və hələ də inkişaf edə biləcəyimiz sahələr var.

Qarşıda hələ çox yarış var. Bəhreyn bizim üçün pis keçdi, çünki xal ala bilmədim, amma növbəti yarışlarda daha yaxşı olacayıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*