S.Fettelin qəzasına təkər diski səbəb olub

Ferrari komandasının sürücüsü Sebastyan Fettel qəzaya qırılan bir detalın səbəb olduğunu deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin altıncı günündə təkər diski qırıldığı üçün qəza edib. Bolid baryerlərə çırpıldığı üçün Ferrari günün böyük hissəsini boksda maşını düzəldərək keçirib. Yalnız günün sonlarında Lekler trasa çıxaraq sadəcə 1 dövrə vura bilib.

Sebastyan Fettel: “Bolid güclüdür. İlk gündən etibarən çox şey kəşf etmişik. Keçən həftə məhsuldar idi. Eyni zamanda dünən də əla işlədik. Buna görə də pozitivəm. Bu il hər şey qaydasındadır. Keçən il bu vaxtı əksər şeylər istədiyimiz kimi deyildi. İnkişafçün həmişə imkanımız var. Nə edəcəyimizi bilirik. Önümüzdə çoxlu yarışlar var. İndi isə bolidin inkişafına əmin olmalıyıq. Əsas olan ilk yarışdakı sürət deyil. Əsas odur ki, son yarışda sürətli olasan. Davamı gələcək. Təbii ki, vaxt itirmək yaxşı olmadı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*