S.Fettelin problemi nədir?

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, boliddə özünü rahat hiss etmir.

F-1.az xatırladır ki, almaniyalı sürücü cümə gününü Lyuis Həmiltonun 0.5 saniyə gerisində, ikinci yerdə bağlayıb.

Sebastyan Fettel: “Ümid edirəm ki, hazırkı fərqlər real deyil. Ümumilikdə yaxşıdır. Düşünürəm ki, hələ də sürətlənməliyik. Boliddə özümüzü yaxşı hiss etmirik. Testlərdəki nəticələrə görə sevincliyəm, amma burdakı nəticələr daha vacibdir. Bolid çox dəyişməyib. Keçənilki gözləntilərimiz yüksək idi, amma tamamilə fərqli bir ildəyik. Buna görə də müqayisə etmək doğru deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*