S.Fettelin motoru dəyişdiriləcək

Sebastyan Fettelin üçüncü sərbəst yürüşləri vaxtından əvvəl başa vurmasının səbəbi məlum olub - alman sürücü güc qurğusundakı problemə görə boksa qayıdıb.

F-1.az xəbər verir ki, problemin motorun silindrlərindən birində yarandığı, mühəndislərin onu təmir etməyə çalışacağı, motorun isə zərər görmədiyi bildirilir. Lakin komanda onun maşınına yeni daxiliyanma mühərriyi quraşdırmaq qərarına gəlib.

Bu, Sebastyanın mövsüm ərzində istifadə etdiyi dördüncü mühərrikdir. Komanda bu mühərriyi Yaponiyada götürməyi planlaşdırırdı. Əgər nasaz mühərriyi təmir etmək mümkün olsa, Fettel mövsümü cəriməsiz tamamlamağa ümid edə bilər.

Hazırda isə yeganə problem vaxtla bağlıdır – sıralanma turunun başlamasına olduqca az vaxt qalıb və mexaniklər sıralanma turunda tələsməli olacaqlar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*