F-1.az xatırladır ki, start insidentindən sonra Kimi Rəykkönen hələ birinci döngəyədək mübarizədən kənar qalsa da, Sebastyan Fettel 4-cü döngəyədək yarışa başçılıq etmişdi – ilk döngədə komanda yoldaşından sol panton tərəfdən zərbə alan almaniyalı sürücü 4-cü döngənin çıxışında zərblə baryerlərə çırpılmışdı. Bu məsafə ərzində onun maşınında mühərrik maye sızınısı üzündən yüksək temperaturda çalışmışdı.
Amma Maranelloda komandanın bazasında ciddi yoxlamadan sonra Skuderiyanın motorçuları müəyyən ediblər ki, mühərriyə heç nə olmayıb və Malayziya Qran Prisinə Fettel məhz bu mühərriklə qatılacaq. Xatırladaq ki, müasir Formula1 maşınlarının güc qurğusu 6 elementdən ibarətdir və Sebastyanın Ferrari-sində artıq 4-cü turbin çalışır. Əgər mövsümün sonuna qədər onu dəyişmək lazım gələrsə, sürücü buna görə yarışın startında 10 yer itirməli olacaq.
Qeyd edək ki, Fettelin maşınına 4-cü turbin hələ mövsümün 5-ci yarışında – Barselonada aprel ayında quraşdırılmışdı, amma o vaxdan bəri həmən turbin hələ etibarlı çalışır.