S.Fettelin maşınında sensor sıradan çıxıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Braziliya yarışında sensor problemi yaşayıbmış.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, birinci döngədə Bottasın gerisinə düşmüşdü. Bir neçə dövrədən sonra isə Ferstappenlə Rəykkönen də dördqat Dünya Çempionunu geridə qoymuşdular. Yarışın sonunda isə Daniel Rikkardonun da hücumlarına tab gətirə bilməyən Fettel yarışı 6-cı bitirmişdi.

Mauritsio Arrivabene: “Qızdırma dövrəsindən etibarən Sebin maşınındakı sensor problemindən xəbərdar idik. Buna görə də yarış ərzində fərqli sazlanmalarda sürməli oldu və bolidi sürmək çətinləşdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*