F-1.az xatırladır ki, Çarli Uaytinq bir neçə gün əvvəl sürücülərə bildirmişdi ki, pit yoluna girərkən girişdəki dirəyin sol tərəfindən keçmək lazımdır. Lakin Sebastyan Fettel ikinci sərbəst yürüşlərdə buna əməl etməyib – pit yolunun girişində McLaren bolidini görən Fettel tələbi pozub və dirəyin sağından keçib. Bu məsələ stüardlar tərəfindən araşdırılıb və ona rəsmi xəbərdarlıq edilib.
S.Fettelə rəsmi xəbərdarlıq edilib
Bu, Ferrari-nin alman sürücüsünün cari mövsümdə aldığı ilk rəsmi xəbərdarlıqdır.