F-1.az xatırladır ki, almaniyalı sürücü şərəf dövrəsində Ləns Stroll ilə təmas yaşamış və sol arxa təkəri yerindən qopub. Dördqat Dünya Çempionu pit yoluna Verlyaynın bolidinin üstündə oturaraq getməli olub.
Sebastyan Fettel: “Stroll, deyəsən, hara getdiyini görmürdü. Bolidini rəsmən üzərimə sürdü və təmas yaşadıq. Yarışdan sonra trasdakı rezin fraqmenttlərini toplamaq üçün tras xarici ilə gedirdim və deyəsən, o da eynisini etmək istədi, amma o anda məni görmədən üstümə doğru sürdü. Yersiz qəza idi və gərək diqqətli olardı. Ani qərar verdi və nəticədə bolidim ciddi şəkildə xəsarət aldı. Çox yersiz idi”.