F-1.az xatırladır ki, almaniyalı sürücü düzlükdə komanda yoldaşı Leklerə hücum edərkən ona təmas edib. Nəticədə hər iki pilot mübarizəni dayandırıb və Ferrari böyük hədəflərlə gəldiyi Braziliyadan xalsız qayıdıb.
Sebastyan Fettel: “Sağ tərəfimdə çox yer yox idi və üçüncü döngədən yaxşı çıxmışdım. Buna görə də ötmə etməyə çalışdım. Təbii ki, məyusam. Əsas hədəf yarışı bitirmək idi və bunu bacarmadıq”.