S.Fettel: Yeniliklər üstünlük gətirməyib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Eyfel Qran Prisində ən yaxşı nəticəni əldə edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü öz ölkəsindəki sıralanma turunda 11-ci yeri tutub. Dördqat Dünya Çempionu təkər seçməkdə sərbəst olacaq.

Sebastyan Fettel: “Birinci sektorda çətinlik çəkdim. Asfaltla ilişmə azdı. Ondan başqa hər şey qaydasında idi. Son dövrəm yaxşı idi. Əlimdən başqa heç nə gəlmirdi.

Yenilikləri nahardan sonra istifadə edə bildim. Bir söz demək çətindir. Amma elə də ciddi fərq hiss etmədim. Bunu gözləyirdik.

Görək yarışda nə olur. Təkər seçimində sərbəst olacağıq. Ümid edirəm ki, üstünlük qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*