F-1.az xatırladır ki, almaniyalı sürücü cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.3 saniyə geri qalaraq 4-cü olub.
Sebastyan Fettel: ” Yeniliklərimiz yaxşı işləyirdi və bu, çox vacibdir. Təkərlər isə bu dəfə fərqli davranırdı. Deyəsən, yeniliklər təkərə pis yöndə təsir edib. Amma bolidimizə güvənirik və belə olanda limitlərdə sürə bilirik. Ümdi edirəm ki, Bakıdakı kimi şənbə günü güclənib yaxşı nəticə alarıq. Bu gün bolidi yolda tutmaq çətin idi. Tras çox sürüşkəndir. Sıralanma turunda problemləri həll etməliyik. Narahat deyiləm”.