F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümə yaxşı başlayıb və ilk 4 yarışda 2 qələbə və 3 poul qazanıb. Lakin dördqat Dünya Çempionu son iki yarışda favorit olduğu halda qələbələri əldən verib.
Sebastyan Fettel: “Əsas odur ku, sürətli bolidə sahibik. Xüsusən də sıralanma turunda daha güclüyük və buna görə də yarışda qələbə şansımız artır. Hazırkı vəziyyətə görə narahat deyiləm. Əgər sürətiniz varsa, işləri asanlıqla lehinizə çevirə bilərsiniz.
İspaniyadan etibarən mövsümə yeni səhifə açırıq. Avropa yarışları çempionluq üçün vacibdir və burada bacardıqca çox xal yığmalıyıq. Görək necə olacaq. Ümid edirəm ki, Barselonada yenidən qalib gələrik”.