F-1.az xəbər verir ki, yeni qaydalara əsasən, stüardlar Çarli Uaytinqin verdiyi təkrarları izləməyəcəklər. Öz istədikləri təkrarı izləyib, dəyərləndirmə edəcəklər.
Digər dəyişən qaydaya əsasən isə, sürücü bir hadisəyə görə 100 faiz günahkar deyilsə, ona cəza verilməyəcək.
Sebastyan Fettel: “Təkər-təkərə mübarizələrin önü açıldı. Həm sürücülər, həm də bizi izləyən fanların istədikləri budur. Yeni qərarı dəstəkləyirəm. Yarışmağa fokuslanmaq həmişə önəmli olub və bu qaydalardan sonra buna icazə veriləcəyinə inanıram”.