F-1.az xatırladır ki, italyanlar dördqat Dünya Çempionuna üçillik 136.5 milyon dollarlıq təklif etsələr də, Fetteldən hələ cavab gəlməyib.
Sebastyan Fettel: “Hələ də müqavilə bağlamamışam, amma hazırkı məqsədimiz çempionata fokuslanmaqdır. Mövsümün ortasına gəldik və Mühəndislər Kubokunda Mercedes-dən geridəyik. Sürücülər çempionatında lider olmağım yaxşıdır, amma əsas komandadır və lider olmaq üçün əlimizdən gələni edirik.
Macarıstanda yaxşı nəticə alaraq, yay tətilinə kefimiz kök getmək istəyirik. Müqavilə barədə düşünməyə vaxtım olmayıb. Hazırda müqavilədən əsas şeylərə yönlənməliyik. Ümid edirəm ki, problemsiz həftəsonu keçirərək, qalib gələrik.”