F-1.az xatırladır ki, Fettel halonun ilk versiyasını qış testlərində sınaqdan keçirmişdi və görüntü ilə problemin olmadığıı demişdi. Almaniyalı sürücü bu gün halonun təkmilləşdirilmiş versiyasını sınaqdan keçirib. Halo-2 əvvəlki versiyaya nisbətən daha güclü, daha yüngül və daha ensiz dəstək bağına sahibdir.
Sebastyan Fettel: “Mükəmməl deyildi. Yolu görməyə çox təsir edir. Ancaq bu, standart sınaq idi”.
Fettel ilk halo testindən sonra bildirmişdi ki, lazım olan hər şeyi görə bilir. Fettelin bu şərhindən sonra haloda hər hansı dəyişikliklərin olub-olmayacağı bilinmir.
Fettel Ferrari-nin bugünkü performansını da dəyərləndirib: “Bir az qarışıq idi. Hava küləkli idi və yaxşı başlamadıq. Ancaq yarış tempində hər şey qaydasındadır. Bolidi təkmilləşdirmək üçün çox işləməliyik. Ancaq bu gün çox şey öyrəndik”.