F-1.az xatırladır ki, Formula1 bolidləri yeni texniki reqlamentə görə dəyişilib. Artıq bolidlərdə altlıq effekti ön plandadır. Belə olan halda maşınlar sürətli döngələrdə güclü olsa da, yavaş döngələrdə çox ləng olurlar. Bundan başqa bolidlərin çəkisi 800 kq-ı keçib.
Sebastyan Fettel: “Hər pilotun Monako i bağlı xüsusi xatirələri var və həmişə istəyərlər ki, daha yaxşısı olsun. Bundan başqa Formula1 tarixinin bəzi unudulmaz xatirələri də burada baş verib.
Sürücülər burada əvvəlki illərə nisbətən fiziki cəhətdən daha çox çətinlik yaşayacaqlar. Dözümlülük əsas faktor olacaq”.