S.Fettel: “Yeni bolid çox güclüdür”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel SF71H-ın təqdimatında danışıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il çempionluğa yaxın olsa da, mövsümün ikinci yarısındakı səhvlərə görə turnir cədvəlində 2-ci yerə razı olmuşdu.

Sebastyan Fettel: “Tezliklə bolidin performansını və necə davranacağını görmək istəyirəm. Bu bolid keçənilkindən güclüdür və görək necə olacaq. Bunun cavabı hamımıza maraqlıdır. Təbii ki, çəkilən əziyyət və çoxlu detallar var. Çəkilən əziyyətdən sonra ortaya çıxan bolid çox təsiredicidir. Əsas fərq görünməyən nöqtələrdə meydana gəlir. Lakin hər kiçik detal vacibdir və hər kiçik parça böyük fərq yarada bilər. Oturacaq sazlanması əla keçdi və problem olmadı. Bolidə oturan kimi özümü yaxşı hiss etdim. Hər il kiçik dəyişikliklər olur.

Artıq bolidin hazır olduğunu gördük. İndi ona minmək və sürmək istəyirəm. Hamının burada olması çox gözəldir. Sadəcə qış tətilində yox, keçən il layihəyə başlayarkən çox işlədik. Artıq bizim geribildirimlərimizi gözləyirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*