S.Fettel yenə də özünü pis hiss edir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, boliddə özünü yaxşı hiss etmir və bəzi detallarda dəyişikliklər olmalıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Çində cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.1 saniyə geri qalaraq 4-cü olub.

Sebastyan Fettel: “Bəhreyndə özümü daha xoşbəxt hiss edirdim. Hazırda istədiyimiz yerdə deyilik. Komandada hər kəs problemi həll etməyə çalışır və ümid edirəm ki, bacararıq. Hələ bolidin tam potensialını əks etdirə bilməmişik. Əgər bunu edə bilsək, onda qələbə üçün gözəl şansımız olacaq.

Bu gün qarışıq idi. Sessiyanın sonunda gələn yağış yarış tempində işləməyimizə mane oldu. Amma hələ bir sessiyamız da var və orada itirdiyimiz vaxtı kompensə edə bilərik. Nahardan sonra bolid daha güclü idi. Təkmilləşib sıralanma turuna daha yaxşı başlamalıyıq. Görək necə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*