F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadada cümə gününü lider Rəykkönendən 0.3 saniyə geridə – 3-cü yerdə bağlayıb.
Sebastyan Fettel: “Sessiyanın sonunda bolidlə bağlı doğru sazlanmaları tapmışdıq. Lakin o anda önümə Lyuis çıxdı və onu ötmək mümkün olmadı. Buna görə də təmiz dövrələr vura bilmədim və bolidin əsl potensialından xəbərsizəm. Aramızda interval yaratdım. Amma, deyəsən, haradasa səhv etdi və yenidən önümə çıxdı. Şanssız gün olsa da, bolidimizin sürətli olduğunu bilirik. Sıralanma turu və yarışda çox inkişaf edə bilərik. Tras bu gün çox sürüşkən idi və mən də daxil olmaqla əksər sürücülər yerlərində fırlandılar. Yarışda asfaltla ilişmənin daha yaxşı olacağına inanıram”.