F-1.az xatırladır ki, almaniyalı sürücü Meksikada 7-ci olaraq, Bakı yarışından sonra ən yaxşı nəticəsini əldə edib.
Sebastyan Fettel: “Performansımdan razıyam. Cümə günü sürətli idik və bolidimiz yaxşı görünürdü. Buna görə də bilirdim ki, ilk dövrədə yerimi qorusam, xal qazanacağam. Belə də oldu. Valtterinin yerindən fırlanmasından və Danielin geriyə düşməsindən faydalandıq. Antonionu da strategiya ilə keçdik. Ondan sonra təkbaşıma sürdüm. Komandam üçün xal qazandım və xoşbəxtəm. Əla iş gördük”.