S.Fettel: “Yaxşı start almalıyıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, onlar sabah Avstraliyadakı kimi start almalıdırlar.

F-1.az xatırladır ki, Ferrari komandası Avstraliyada yarışa 3 və 4-cü yerlərdən başlasalar da, yaxşı start almışdılar və birinci döngədən ilk mövqelərdə çıxmışdılar. Ferrari komandası Bəhreyndə keçirilən sıralanma turunda da 3 və 4-cü yerləri tutub.

Sebastyan Fettel: “Atdığım ilk dövrə çox yaxşı idi. Amma ikinci dövrəm birincidən fərqlənmədi. Fikirləşirdim ki, daha yaxşısını edə bilərəm, amma sonda yarım saniyə geridə qaldım.

Sıralanma turundan və bolidin sürətindən razıyam. Getdikcə daha da güclənirik. Biz harada səhv etdiyimizi bilirik. Hələki, istədiyimiz yerdə deyilik və bunu hamı bilir. Amma yavaş-yavaş inkişaf edəcəyik.

Sabah nə edə biləcəyimizə baxacayıq. Biz Mercedes-lə mübarizə aparmaq istəyirik, ona görə də Avstraliyadakı kimi start almalıyıq. Daha sonra isə bizi uzun yarış gözləyir. Görək, sabah axşam nə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*