F-1.az xatırladır ki, almaniyalı sürücü yağışlı sıralanma turunda əsas rəqibi Həmiltondan 0.7 saniyə geri qalaraq ikinci olub.
Sebastyan Fettel: “Belə hava şəraitində poul almaq da olar, onu əldən vermək də. Lyuis daha yaxşı dövrə vurdu və bu nəticəyə layiq idi. Amma sabah uzun yarış var və Ferrari-mizin tempi pis deyil. Buna görə yarışa hazırlaşmalıyıq.
Birdən yağış başladı. Hər şeyə nəzarət etməli idik. Sessiya sakit keçmədi. Boliddən maksimm performans ala bilmədim. Buna görə də sessiya bərbad idi. Amma nəticə daha pis ola bilərdi. Tras nə quru idi, nə də yaş. Bir az xaotik idi və yaxşı olmadı. Son dövrəmdə hər şeyi bir araya gətirə bilmədim. Sıralanma turu üçün yaxşı sonluq olmadı. Amma hər şey əla gedirdi. Belə şəraitdə sürmək çətin olsa da, pis nəticə alanda heç də xoş olmur”.