F-1.az xatırladır ki, Ferrari komandası Barselonadakı cümə sərbəst yürüşlərində son sektorda Mercedes-ə nisbətən 0.5 saniyə zəifdir.
Sebastyan Fettel: “Mühərrik cəhətdən xoşbəxtik. Təbii ki, hələ cümə günüdür. Rəqiblərin nə etdiyini bilmək çətindir. Xoşbəxtik. Bütün detalları bolidə yerləşdirdik. Bu il yavaş döngələrdə zəifik. Həll etmək asan olsaydı, düzəldərdik. Amma hazırda bunun səbəbini anlamağa çalışırıq”.