S.Fettel: Yarışmaq üçün darıxdım

Sabiq Formula1 sürücüsü Sebastyan Fettel bildirib ki, yarışmaq üçün darıxıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən ilin sonunda karyerasını bitirmiş və təqaüdə çıxmışdı. Lakin yayda Qudvud festivalında köhnə Formula1 bolidlərindən birini sürəcək.

Sebastyan Fettel: “İndiyə kimi təqaüd qərarımdan və hər şeydən razıyam. Yenə də yarışlarda iştirak etmək, mübarizə aparmaq və bunun gərginliyi üçün darıxıram. Bu il Qudvuda qatılacam. Bu, real yarış trası sayılmasa da,bir müddətlik də olsa, sükan arxasına qayıtmaq gözəl olacaq.

Yarış dünyasında keçirdiyim uzun illərdən sonra ilk dəfə gündəlik həyatım var. Əvvəlcə orada olmamaq mənə qəribə gəldi, amma yavaş0-yavaş buna öyrəşdim. Formula1-i kənardan maraqla izləməyə başladım.

Sabiq komandam Aston Martin-in uğurlarına sevinirəm, çünki əvvəlki illərdə bunun üçün çox işlədik. İndi isə bir neçə trofey qazanmaları gözəldir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*