S.Fettel: “Yarışın taleyini dəyişdilər”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Çində təhlükəsizlik maşını rejimi doğru zamanda başlamayıb.

F-1.az xatırladır ki, 31-ci dövrədə Toro Rosso komandasının sürücüləri bir-birinə çırpılıb və nəticədə təhlükəsizlik maşını trasa çıxıb. Amma maşın trasa çıxan zaman həm Fettel, həm də Bottas pit girişini arxada qoyublar. Red Bull komandasının sürücüləri isə bu əsnada pitə gələrək Soft təkərləri götürüblər. Bunun nəticəsində Daniel Rikkardo qələbə qazanıb.

Sebastyan Fettel: “Yarışın taleyini dəyişən təhlükəsizlik avtomobilinin niyə çıxdığını anlamıram. 2014-cü ilin Macarıstan yarışında da belə olmuşdu. Təhlükəsizlik avtomobili pit girişini keçdikdən sonra çıxdığı üçün liderlər üstünlüklərini itirmişdilər. Bir hadisə olanda bilirəm ki, bolidlər arasındakı fərqlərə baxmadan reaksiya verilir. Lakin qırıntılar orada 2 dövrə qaldılar. Bəs təhlükəsizlik maşınını niyə 30 saniyə tez çağırmadınız? Fərqləri bilmirəm, amma marşalların trası təmizləməsi üçün iki dəqiqəyə ehtiyacları olur. Məncə, belə yolla yarışın taleyini dəyişmək doğru deyildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*