S.Fettel yarışın startında 20 yer itirəcək

Ferrari komandası sıralanma turunda problem yaşayan və sonuncu yeri tutan Sebastyan Fettelin güc qurğusundakı bütün detalları yeniləyib və sürücü yarışın startında 20 yer itirəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Malayziya Qran Prisində 3-cü sərbəst yürüşlərdə mühərrik problemi yaşamış və bu problemə görə sıralanma turunda nəticə göstərə bilməmişdi. İtalyanlar bütün gecə yatmayaraq, Fettelin güc qurğusu üzərində təhlillər aparıblar və kompressorun daxilindəki hava kanalında qırıq tapılıb. Ferrari bu mühərriyi test etmişdi, lakin Malayziyada ilk dövrələrdə problem ortaya çıxıb.

Fettelin sonuncu yerdən start almasından maksimum istifadə edən Ferrari almaniyalı sürücünün güc qurğusundakı bütün elementləri dəyişdirib. Dördqat Dünya Çempionu 5-ci daxiliyanma mühərriyi, MGU-H və turboya keçdiyi üçün yarışın startında 20 yer itirəcək, amma faktiki olaraq heç nə itirməyəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*