S.Fettel yarışdan həzz alıb

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışdan həzz alıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Amerikada gözəl performans göstərib və bir ara liderliyə yüksəlib.

Sonuncu dəfə təkər dəyişmək üçün pitə gələn Seb, burada mexaniklərin səhvinə görə gecikib və 13-cü yerə qədər geriləyib. Buna baxmayaraq, son 15 dövrədə etdiyi ötmələrlə finişə 8-ci yerdə çatıb. Lakin Alonsonun cəriməsindən sonra 7-ciliyə yüksəlib.

Sebastyan Fettel: “Pitdə gecikməsək, daha çox xal toplaya bilərdik. Yenə də yarışın sonunda əylənirdim. Xallarımı geri ala bildim. Xal almaq və tempimizin olması yarışdakı ən müsbət haldır.

Niyə belə güclüyük bilmirəm. Təkərləri yaxşı qoruduq, amma bu əsas faktor deyil. Burada McLaren və Alpine-dən sürətli olmaq əsl sürpriz idi.

Heyif ki, düzlüklərdə elə də güclü deyilik. Buna görə də əylənmə zonalarında fərqli şeylər sınamalı olduq. Sınadım və əksər hallarda işə yaradı.

Son dövrədə Maqnussenlə mübarizədən həzz aldım. O aqressiv sürücüdür. Buna baxmayaraq mənə yer qoydu və ikimiz də həzz aldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*