F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 3-cü yerdən başlayacaq və rəqiblərindən fərqli olafaq SuperSoft təkərlərlə start alacaq.
Sebastyan Fettel: “Məncə, bu gün doğru təkər strategiyası seçdik. Dünən HyperSoft təkərlərlə çox gedə bilmirdik. Buna görə də yarışa o təkərlə başlamaq istəmədik. Riskə girdik və ikinci sessiyada bu təkərlə trasa çıxdıq. Yaxşı işlədik və sevincliyik. Əlimizdən gələni edəcəyik və hər şey ola bilər. Düzlüklərdə sürətli olsaq da, son sektorda bir az vaxt itiririk. Bizi uzun yarış gözləyir”.