F-1.az xatırladır ki, almaniyalı sürücü cümə sərbəst yürüşlərində 1.09.217 zaman nəticəsiylə birinci olub. Lakin ilk beşlik 0.2 saniyə içərisindədir.
Sebastyan Fettel: “Performansımdan razıyam. Lakin trasın şəraiti çətin idi və ideal performans göstərə bilmədim. Bolidin nəyə ehtiyacı olduğunu anladıq. Artıq o sahələrin üzərində işləyəcəyik. Bunu etməliyik. Sıralanma performansımız yaxşı olsa da, yarış performansında zəifik. Daha çox asfaltla ilişmə lazımdır, amma bunu tapmaq asan deyil. Bolidin balansını bizə uyğun formada sazlamalıyıq”.